Cəriməni ödəməkdən yayınanları hansı cəza gözləyir?- ÖZƏL
7 Avqust 2024 12:17 SosialSon vaxtlar cərimə cəzalarının ödənilməsindən yayınma halları çoxalıb. Bəs, cərimə cəzasının icrasından boyun qaçırma hansı hüquqi nəticələrə gətirib çıxarır? "Olaylar" xəbər verir ki, Cəzaların İcrası Məcəlləsinin 26-cı maddəsinə əsasən, məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa, məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun (probasiya üzrə) təqdimatına əsasən ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31