23 yaşayış məntəqəsində qaz olmayacaq
6 Avqust 2024 22:17 SosialSabah İmişli rayonunun 23 yaşayış məntəqəsində qaz kəsiləcək.
Olaylar xəbər verir ki, "İmişli 1" ölçü qovşağından qidalanan D 219 mm-lik daşıyıcı qaz kəmərinin qaynaq hissəsində yaranmış nasazlığın aradan qaldırılması məqsədilə saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 20 kənd, 2 qəsəbədə (ümumi 17 969 abonent) "İmişli 1" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Abinentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31