Sabah bu ərazilərdə su olmayacaq
6 Avqust 2024 18:09 SosialAvqustun 7-də Sabunçu rayonu Ramana qəsəbəsindəki şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin ərazisində içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb sözügedən ərazidə istismara yararsız içməli su xəttinin dəyişdirilməsidir.
Fasilə səhər 09:00-dan axşam saat 20:00-a qədər davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31