25 məcburi köçkün təlimə cəlb olunacaq

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) bp-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi '"Böyük Qayıdış"a dəstək: öz evlərinə qayıdan məcburi köçkünlərin iş və biznes imkanlarının artırılması' proqramının icrasında başlayıb. Kürdəmir rayonu Xırdapay ərazisində yerləşən qəsəbədə məcburi köçkünlər layihə ilə tanış olması, qeydiyyatı və gözləntilərini dilə gətirdikləri sessiya keçirilib. Olaylar xəbər verir ki,bu barədə məlumat verən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Proqramın icrası nəticəsində 25 məcburi köçkün Kürdəmir peşə liseyinin dəstəyi ilə xüsusi və intensiv proqramla peşə təhsilində, ekspertlərin iştirakı ilə biznes təlimlərində iştirak edəcək və sahibkarlıqla məşğul olmaq istəyənlərə isə biznes plan tərtib etməkdə dəstək olunacaqdır.
Peşə təlimlərinin təşkilinə bu ilin oktyabr ayında start veriləcək. Daha sonra iştirakçıların Özünüməşğulluq Proqramına müraciət və iştirakına texniki dəstək də veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31