Avtobus sürücünün evinin yanında yox, qarajda olmalıdır- ÖZƏL
6 Avqust 2024 09:20 SosialPaytaxt Bakıda baş verən avtobus qəzası ilə bağlı şirkət tərəfindən verilən açıqlamadan belə aydın olur ki, sürücü nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq evə gedib. Avtobus qəfildən hərəkətə gəlib və qəzaya səbəb olub. "Olaylar" ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, belə şeylər sadəcə ayıb bir məsələdir: "Əslində avtobus sürücünün evinin yanında yox, qarajda olmalıdır. Ancaq illərdir, yəqin çoxlarınız da bunu görmüsünüz ki, avtobuslar yol kənarlarında, məhəllələrdə park edilir. Bəs sürücü evdən çıxıb avtobusu işə salıb sərnişin daşımağa başlayırsa o zaman avtobusun texniki müayinəsi necə olur? Sürücünü kim tibbi müayinədən keçirir?"
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31