Havanın temperaturu yüksələcək - XƏBƏRDARLIQ
5 Avqust 2024 14:39 SosialNövbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək.
Bu barədə Olaylar-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38°, bəzi yerlərində 40°, dağlıq ərazilərdə 25-30° olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31