Azadlıqdan məhrum olunmuş şəxslər hansı qaydada əmək pensiyası alırlar?- ÖZƏL
5 Avqust 2024 13:28 SosialMövcud qanunvericiliyə görə, azadlıqdan məhrum olunmuş şəxslər də əmək pensiyası almaq hüququna malikdir. Lakin onlar tələb olunan sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidirlər. Elə isə azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir? "Olaylar" Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isrtinadən xəbər verir ki, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin əmək pensiyasının təyin olunması üçün müraciətlərinə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə ötürülən aşağıdakı məlumatlar əsasında baxılır: Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, cəzaçəkmə müddəti, cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix, cəza çəkilmə yerii, məhkumun şəxsi hesabının nömrəsi, məhkumun yerdəyişmələri haqqında məlumat müvafiq quruma təqdim edilməlidir.
Alim Hüseynli
Olaylar.az