Xalq artisti səhhətindən şikayətləndi - “Ciyərim sıradan çıxır”
2 Avqust 2024 20:28 SosialXalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya aktyorun özü məlumat verib.
O özünü pis hiss etdiyini bildirib:
"Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrayıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm".
Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31