Bu tarixdə Qarabağ Universiteti ilə bağlı QƏRAR VERİLƏCƏK
2 Avqust 2024 14:14 SosialQarabağ Universitetinin loqosu ictimaiyyətin müzakirəsinə çıxarılıb.
Olaylar.az xəbər verir ki, əvvəlcədən elan olunmuş müsabiqəyə 450-dən artıq loqo göndərilib. Dəyərləndirmə nəticəsində seçilmiş 5 loqo isə tədris mərkəzinin sosial media hesabında ictimai müzakirəyə çıxarılıb.
Tədris müəssisəsindən bildirilib ki, peşəkar mütəxəssislərdən ibarət İşçi Qrupu ictimai rəy əsasında loqolardan birini qalib elan edəcək. Rəylərin bildirilməsi üçün son tarix 5 avqust 2024-cü ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31