Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır - Qərar
1 Avqust 2024 17:08 SosialŞəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.
Olaylar xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"nda əksini tapıb.
Qərara əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" və ya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlərin ödənilməsi dayandırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31