Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu
30 İyul 2024 18:35 SosialHollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, o, elektrikli velosiped sürərkən Los-Ancelesdə yol ayrıcında avtomobil onu vurub. Bu barədə TMZ məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı Paks dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb. Müayinədən sonra o beyin qanaması qorxusundan xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmişə kəllə-beyin travması və omba nahiyəsindən əzilmiş diaqnozu qoyulub. Onun yaxın zamanda xəstəxanadan buraxılacağı deyilib.
Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var: bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31