Azərbaycan Quql ilə COP29-u müzakirə etdi
29 İyul 2024 20:17 SosialQuql şirkəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivləri barədə müzakirələr aparılıb.
Olaylar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.
"Quql şirkətinin nümayəndələri ilə müzakirələrimiz mövcud əməkdaşlıq və potensial istiqamətlərdə əlaqələrin genişləndirilməsi imkanlarını əhatə etdi", - nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, müzakirələrdə həmçinin innovativ təcrübələrin tətbiqi, bulud texnologiyaları üzrə birgə fəaliyyətin təşkili məsələləri əhatə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31