Gündəlik mehmanxanalara tələbat ARTDI - VİDEO

Azərbaycanda gündəlik mehmanxanalara tələbat artıb.

Olaylar.az bildirir kibu ilin birinci yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35.8% artaraq 1851.7 min olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Turizm üzrə ekspert Fariz Bəşirov bildirib ki, bu cür hotellərdən istifadə edənlərin sayının artmasını turizm sektorunun inkişafı kimi dəyərləndirmək olar.

Ekspert vurğulayıb ki, təkcə paytaxtda yox, bölgələrimizdə də otel sektoru rəqabətdədir.

Xatırladaq ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı illik müqayisədə 37.1% artaraq 1080.9 min olub ki, bu da ümumi gecələmələrin 58.4%-ni təşkil edir.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31