Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
29 İyul 2024 16:24 SosialAzərbaycanın rayonlarında iyulun 30-31-də, avqustun 01-də əsasən dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda suluğun artacağı ehtimalı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31