Xarici səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib
27 İyul 2024 13:49 SosialDünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prossesini izləyib.
Olaylar xəbər verir ki, Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmziləmə işləri ilə tanış olublar. Bundan sonra dünya səyyahları ərazidən aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatına şahid olublar.
Mütəxəssislər məlumat üçün bildirib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsi ilə olmaqla üç üsulla aparılır.
Beləliklə beynəlxalq səyyahların Qarabağ və şərqi Zəngəzura səfəri başa çatıb. (Trend)