İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
21 Yanvar 2023 10:21 SosialYanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-dən bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram "marixuana", 3 kq 250 qram "tiryək" və 2000 ədəd "metadon M-40" psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31