Vəkillik təsisatının inkişafı istiqamətində çoxsaylı normativ addımlar atılıb - ÖZƏL

Son 5 ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association mövcud münbit mühitdə qlobal trendlərə çevik, adekvat reaksiya verməyi bacaran beynəlxalq müstəvidə rəqabət qabiliyyətli instituta çevrilmişdir.

Heç şübhəsiz ki, bu prosesdə hər bir vəkilimizin özünə məxsus rolu, töhfəsi var.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, Azərbaycan müsyəqilliyini bərpa etdikdən sonra, xüsusən Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi diqqtə alınmış, bu təsisatın inkişafı istiqamətində çoxsaylı normativ addımlar atılmışdır:

"Sevindirici haldır ki, dahi Liderin vəkilliyə mütərəqqi münasibəti bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdə, vəkillik fəaliyyətinin əsas prinsipləri, vəkillərin hüquqi statusu və onların özünüidarəsinin əsaslarına ən yüksək səviyyədə təminat verilməkdədir"

--

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31