DGK-nin yeni sədr müavini kimdir? - DOSYE
28 Dekabr 2022 12:51 SosialPrezident İlham Əliyevin sərəncamı ilə Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsinə (DGK) yeni sədr müavini təyin edilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Natiq Şirinovdaha əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.
O, İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Natiq Şirinova 12 fevral 2021-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
O həmçinin Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsində də çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31