Şəfiqə Nağıyeva: “Pulsuzluq insanın başına çox oyun gətirir” - VİDEO

"Maddi cəhətdən uşağı təmin etmədinsə, evdə boşanma da olacaq, övlad da, həyat yoldaşı da, heç qohumlar da səni istəməyəcək".  

Olaylar.az xəbər verir ki, bu sözləri ekspert qismində "Elgizlə izlə" ictimai-sosial verilişdə iştirak edən vəkil Şəfiqə Nağıyeva deyib. 

Vəkil bildirib ki, ailələrin dağılmasının əsas səbəbi maddi cəhətin aşağı olmasıdır.  

"Pulu olanlar boşanırlar. Onlar da kefindən boşanırlar. Hər bir insan öz ailəsini saxlamaq imkanına maddi cəhətdən malik olmalıdır. Pulsuzluq insanın başına çox oyun gətirir". 

Bizim.Media

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31