Çimnazın dolabın üzərindəki şpaqatı başına bəla oldu : "Yer tapmadın gimnastika etməyə?" - VİDEO
28 Dekabr 2022 12:39 Sosial"Vicdan Haqqı" serialında yaratdığı "Larisa" obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova yeni videosu ilə gündəm olub.
Olaylar.az xəbər verir ki, sənətçi evində olan güzgülü dolabın üzərinə çıxaraq, akrobatik hərəkətlər edib.
Sosial şəbəkə hesabında paylaşdığı videoda Çimnaz dolabın üzərində şpaqat açıb və bu hərəkəti müxtəlif formalarda təkrar edib.
Sultanova yayımladığı görüntülərə "5 yaşmdan bu günə kimi Bədii Gimnastika mənim həyat tərzimdir" şərhini yazıb.
Sosial şəbəkə izləyiciləri aktrisanın bu videosunu tənqid atəşinə tutublar. Onlar Çimnazın gimnastika hərəkətlərini yerdə deyil, güzgülü dolabın üzərində etməsini başına qaxınc ediblər.
Bizim.Media
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31