Yardımlıda "Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə mövzusunda" tədbir keçirilib - ÖZƏL
28 Dekabr 2022 11:46 SosialYardımlı rayon Mədəniyyət Mərkəzində Yardımlı rayon mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. "Olaylar" xəbər verir ki, seminarda Yardımlı rayon İcra Hakimiyyətinin müavini Əfsanə Məmmədova iştirak edib. Seminarı giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ayaz Əliyev açaraq mədəniyyət işçilərini qarşıdan gələn yeni il münasibətilə təbrik edib,onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Sonra 23 dekabrda Masallı Regional Mədəniyyət İdarəsində keçirilən seminar-müşavirəsinin nəticələri, yerlərdə Yeni il şənliklərinin təşkil edilməsi,ilin yekunları, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rahim Səfərov kitabxanalarda il ərzində görülmüş işlərin vəziyyəti və nöqsanların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib. Məişət zorakılığı və İnsan alverinə qarşı mübarizə mövzusunda RİHB-nın müavini Əfsanə Məmmədova çıxış edərək, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması, insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi və insan alverinə qarşı mübarizədə bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Sonda Əfsanə Məmmədova mədəniyyət işçilərini qarşıdan gələn yeni il münasibəti ilə təbrik edərək işlərində uğular arzulayıb .