İxtisas və təhsil formasını necə dəyişmək olar? - ÖZƏL
28 Dekabr 2022 11:29 SosialMilli Məclis "Təhsil haqqında" qanuna dəyişiklik edib. Maraqlıdır, sözügedən qanunda hansı dəyişikliklər edilib? Milli Məclisin Elm və təhsil komitəsindən "Olaylar"a bildirilb qanuna iki dəyişiklik təklif edilir. Belə ki, 32-ci maddədə təhsilalanların hüquqları daha da genişləndirilir və 32.3.7-ci maddədə ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, 32.3.12-ci maddədə isə akademik məzuniyyət götürmək hüquqları təsbit olunur. Bu hüquqların təmin edilməsi üçün qaydaların müəyyənləşdirilməsi ilə bağlı qanunun 29-cu maddəsinə iki yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. 29.0.10-1-ci maddədə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, 29.0.10-2-ci maddəsində isə orta ixtisas təhsil müəssisələrində təhsilalanların həmin hüquqlarının həyata keçirilməsi üçün qaydaların müəyyən edilməsi dövlətin vəzifələrinə aid edilir.