AzTV-nin canlı efirində mübahisə: "Bəlkə çay-kofe də verək?" - VİDEO
27 Dekabr 2022 20:24 SosialOlaylar.az xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) "Çıxışa doğru" verilişinin canlı efirində mübahisə yaranıb.
Nəqliyyat problemləri və qəzalarla bağlı müzakirə zamanı verilişdə qonaq olan ekspertlər - Elməddin Muradlı ilə Rauf Ağamirzəyev bir-birinin fikrini qəbul etməyiblər. E.Muradlı vətəndaşların piyada keçidlərindən istifadə etməməsinə irad bildirib. R.Ağamirzəyev isə piyada keçidlərində insanlar üçün yaxşı şərait olmadığını söyləyib. Bununla həmkarı razılaşmayıb.
Daha ətraflı süjetdən izləyin:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
