SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir?

Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfər etməsi barədə xəbər vermişdik. 

İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.

SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Təbriz-Turan" TV məlumat yayıb. 

Qeyd olunur ki, SEPAH-ın iddiasına görə, Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəlib: "Azərbaycan Respublikası kəşfiyyatçılarından birinin həyat yoldaşı olan azərbaycanlı müğənni Şəbnəm Tovuzlu İrana səfər edib və Qum və Məşhədə gedib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31