Qəzada ölən Nurlan tələbə imiş...
27 Dekabr 2022 11:28 SosialXəbər verdiyimiz kimi, dekabrın 25-də İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və "Honda" markalı avtomobillər toqquşması nəticəsində ölən Nurlan Nağıyev tələbə olub.
Belə ki, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. O, "Məşqçilik-2" fakültəsində cüdo ixtisası üzrə təhsil alırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31