Azərbaycanda COVID-19-a əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 929 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 385, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 667, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 535 təşkil edir.

Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31