Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 980 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 409 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 565 nəfərdir.

Ölkədə son sutka ərzində 743, hazırkı dövrədək isə 7 420 424 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31