Bu il "ASAN"-ın 10 yaşı tamam olacaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, 29 dekabr 2022-ci il tarixində "ASAN xidmət"-in 10 yaşı tamam olacaq. 

29 dekabr 2012-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.  İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 24 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on yeddisi isə Azərbaycanın digər  bölgələrindədir.  "ASAN xidmət"-də vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi, hərbi qeydiyyat, miqrasiya xidmətləri, daşınmaz əmlakla bağlı əməliyyatlar kimi onlarla xidmətdən faydalana bilirlər. Buna görə vətəndaşlar  vaxta və  maddi itkiyə qənaət edir.  

"ASAN"-ın gənclər üçün yaratdığı ən böyük şəraitlərdən biri də könüllülük fəaliyyətidir. Könüllülük tarixçəsi olan gənclər gələcəkdəki iş həyatına daha erkən atılır, kollektivlə iş bacarığını mənimsəyir. İndiyə qədər "ASAN" mərkəzlərində saysız-hesabsız tədbir keçirilib, beynəlxalq qonaqlar yaradılan şəraitlə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31