Baykar firmasının ölkəmizdə fəaliyyətə başlaması ordumuzun gücünün daha da artmasında mühüm rol oynayacaq - ÖZƏL

"Baykar firmasının Azərbaycanda fəaliyyətə başlaması iki ölkə arasında siyasi və hərbi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, qardaş Türkiyə hərbi sənayesi,  PUA-ları sahəsində ABŞ VƏ İsraillə yanaşı ilk üçlükdə qərarlaşır və bu  uğurun əsas pay sahibi məhz Baykar şirkətidir:

"Şirkət ən son olaraq özünün 5-ci nəsil Qızıl Alma pilotsuz uçuş aparatının sınaq uçuşunu həyata keçirdi. Qızıl Alma  STELS texnologiyası ilə təchiz olunmuş, supersonic sürətlə uça bilən bir pilotsuz döyüş təyyarəsidir və hava müharibələri üçün nəzərdə tutulub. Yəni heç bir pilot itkisi olmadan düşmən aviasiyasını məhv etmək".

AVP rəsmisi qeyd edib ki, firmanın ölkəmizdə fəaliyyətə başlaması ilk öncə ordumuzun gücünün daha da artmasında, müasir sistemlərlə təchiz olunmasında müstəsna rol oynayacaq: "Həmçinin şirkətin texnoloji imkanları ölkə elminin inkişafına töhvə vermiş olacaq və mühəndislərimizin bu istiqamətdə yeni bilgi və təcrübə edinmələrini təmin edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31