"15 yaşında uşağın sosial şəbəkədə nə işi var?" - Roza əsəbiləşdi
26 Dekabr 2022 10:41 Sosial"İnsanlarda yalan, satqınlıq və ikiüzlülük məni çox əsəbləşdirir. Bu cür insanları həyatımdan birdəfəlik silirəm. Onlar yanımda ola bilməzlər. Acı olsa da, doğrunu söyləsin".
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi uşaqların sosial şəbəkəyə girməsinə qarşı olduğunu bildirib:
"15-16 yaşında bir uşağın sosial şəbəkədə nə işi var? Övladlarım dörd ildir ki, sosial şəbəkələrdən istifadə edirlər. Yəni onlar 19 yaşı tamam olduqdan sonra sosial şəbəkələrdən istifadə etdilər. O zamana qədər onlara icazə verməmişəm. Baxmayaraq ki, müğənniyəm... Adətən bizim haqqımızda başqa-başqa sözlər danışırlar. Amma bizim özümüzün qanunlarımız var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31