Vasif Talıbovun bu görüntüsü GÜNDƏM OLDU - FOTO

Sabiq mədəniyyət naziri Anar Kərimovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla çəkilmiş fotosu yenidən gündəmə gəlib.

Olaylar.az sfera-ya istinadən xəbər verir ki, hər iki vəzifəlinin tutduqları postdan azad olunması sosial şəbəkələrdə bu fotoya maraqlı şərhlərin yazılmasına səbəb olub.

Xatırladaq ki, foto aprelin 25-də Anar Kərimovun Naxçıvan səfəri zamanı çəkilib. Sabiq nazir Vasif Talıbova "Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri"nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31