Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.

Olaylar.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza vaksin vurduranların sayı 108, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 27 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 929 246, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 247, üç və daha çox doza vaksin vurduranların sayı 3 394 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 494 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31