Laçın yolundakı aksiyaya vətəndaş dəstəyi artır

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, yataqlarda monitorinq aparılmasına icazə verilməsi məqsədilə Xankəndi-Laçın yolunda keçirilən aksiya davam edir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, dekabrın 23-də günün ikinci yarısında bir neçə qeyri-hökumət və könüllü təşkilatından 20-dək şəxs aksiyaya qoşulub.

Onlar hazırda Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olması barədə şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının fəallığı onların tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31