Bakıda məhkəmədə şok OLAY: Zalda ürəyi partdayıb öldü - FOTO
23 Dekabr 2022 14:04 SosialBakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.
Olaylar az bildirir ki, bu barədə Milli.Az-a vəkil Adəm Məmmədov xəbər verib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Şəmil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.
Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.
Şəmil Qədimov həbsdə deyilmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31