Bəzi vətəndaş cəmiyyətləri xainlik edir - ÖZƏL

"Bəzi vətəndaş cəmiyyəti nümayəndələri Laçın-Xankəndi yolundakı aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu xainlikdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. Qeyd edib ki, imkan verilsə, yüz minlərlə insan o yolu iflic edər, separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir: "Kimin nə cürəti var ki, bizi qınasın? Mən bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini, barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz. Olarsa, əlimizdən torpaq gedər, Vətən gedər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31