Tərtərdə fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar

Tərtərdə fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Əzizov və Sabit Hüseynli saxlanılıblar. Onların fərdi yaşayış evlərindən məişət əşyaları oğurladıqları müəyyən edilib.

Adıçəkilən şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər, faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31