Deputat əmək müqaviləsinə xitam verilən şəxslərlə bağlı sorğu verəcək - ÖZƏL
23 Dekabr 2022 11:21 SosialMillət vəkili Vüqar Bayramov Füzuli rayonu Horadiz şəhərində yerləşən Deputat Ofisində "DOST İş Mərkəzi" MMC tərəfindən əmək müqavilələrinə xitam verilən Füzuli sakinlərinin müraciətləri əsasında görüş keçirib. Bu barədə "Olaylar"a millət vəkili özü məlumat verib. Bildirib ki, görüşdə iştirak edən sakinlər "DOST İş Mərkəzi" MMC tərəfindən Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində yaşayan 22 vətəndaşın əmək müqavilələrinə xitam verməsindən narazılıqlarını bildirdilər: "Bu məsələnin tam obyektiv araşdırılması rayon sakinlərinin məlumatlandırılması üçün müvafiq icra qurumuna deputat sorğunun göndərilməsi razılaşdırıldı. Bu məsələnin tam şəffaf və obyektiv araşdırılmasına əminliklə hərtərəfli araşdırma üçün qısa zamanda sorğunun göndərilməsi həyata keçiriləcək".