Sabirabadda uzunqulaq əti satmaq istəyən "Eşşək Tahir" ləqəbli şəxs saxlanıldı
23 Dekabr 2022 11:20 SosialSabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub.
Bu barədə Olaylar.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.
Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.
Qeyd edək ki, T.Məstəliyev rayonda "Eşşək Tahir" ləqəbi ilə tanınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31