Azərbaycanlı məşhur ilk evlilikdən olan övladlarını ikinci ailəsinin içinə gətirdi - FOTO
23 Dekabr 2022 11:22 SosialMəşhur reper Qurd (Fərid Eminov) oğlanlarını ikinci dəfə qurduğu ailəsinin içinə gətirib.
Olaylar.az xəbər verir ki, reper onları yeni doğulan qız övladı ilə bir araya gətirib. Qurd ilk evlilikdə olan övladları və ikinci ailəsindən olan qızıyla çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq "Xoşbəxtliyi başqa necə ifadə etmək olar ki?! Hər zaman birlikdə, sevgi ilə, çox sevirəm" şərhini yazıb.
Qeyd edək ki, reperin ilk evlilikdən iki oğlan övladı var. Onun ikinci dəfə evləndiyi Leyla Namazzadə ilə isə cütlüyün bir qız övladı dünyaya gəlib.
Milli.Az



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31