Keçmiş nazirə ittiham - O qədər abidələr diqqətsiz qaldı ki - ÖZƏL
22 Dekabr 2022 15:04 Sosial"Mədəniyyət naziri olan zaman Anar Kərimova o qədər məktub yazdım ki, mədəni abidələri qorumaq, milli mənəvi dəyər daşıyan mədəni irs nümunələrini bərpa, xalqın dəyərlərini təbliğ etmək lazımdır. Bütün məktublarıma cavab vermədi, ona təmənnasız kömək etməyimi də yazmışdım".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən araşdırmaçı jurnalist, dosent Zaur Əliyev deyib ki, milli mədəni abidələr bu xalqın pasportudur: "Varlığıdır. Kimliyidir. O qədər abidələr diqqətsiz qaldı ki. Bir addım belə atmadınız. Bütün məktublarım, facebook statuslarım, yazılarım cavabsız qaldı. Gözümüz görə görə tarixi abidələrimiz məhv olmaqda davam elədi".
Zaur Əliyev deyib ki, mədəni və milli irs nümunələri, onların halını gördükcə insanın ürəyi parçalanırdı: "Buna dözməyərək yazırdım sizə. Yazırdım, amma siz. Bu ölkənin mədəni dəyərlərini qorumayana heç bir yerdə, nə bu dünyada, nə o dünyada yer yoxdur. Bu dünyada yerini itirdin, qaldı o dünya".