Spiker gənc rəssamlarla görüşüb - ÖZƏL

Milli Məclisin sədri Sahibə Qafarova SabirArt layihəsinin gənc rəssamları ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamil Cəfərov məlumat verib: "Mənim təşəbbüsümlə Milli Məclisin sədri Sahibə xanım SabirArt layihəsinin gənc rəssamları ilə görüşdü, onların 6 ay müddətində hazırladığı rəsm əsərləri ilə tanış oldu və onlara gələcək fəaliyyətində uğurlar arzu etdi. Layihə iştirakçılarının əksəriyyətinin gənc xanımlar olduğunu nəzərər alaraq, bu görüş Sabirabadlı gənclər üçün vacib dəstək və gələcək fəaliyyətləri üçün böyük motivasiya oldu. Gərgin iş qrafikinə baxmayaraq, gənclərə göstərdiyi bu qayğıya görə Sahibə xanıma həm öz adımdan həm də Sabirabadlı gənclər adından təşəkkürümü bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31