Deputat məktəblərin problemləri ilə maraqlanıb - ÖZƏL - FOTO

Millət vəkili Musa Qasımlı təmsil etdiyi Yardımlı rayonunda fəaliyyət göstərən məktəblərə baş çəkib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, məktəblərimiz kəndlərdə mədəni səviyyənin göstəricilərindən biridir: "Vətəndaşlarla yerlərdə görüşərkən mütləq məktəblərə də baş çəkirəm. Bu dəfə Yardımlı şəhər 3 saylı, Sırıq, Alçabulaq və Köryədi kənd orta məktəblərində oldum. Müəllimlərlə görüşdüm.Direktor və müəllimlər qız övladlarımızın dərsə davamiyyətindən və hər il  ali məktəblərə qəbulda saylarının artmasındam razılıq etdilər. Problemlər də söylənildi. Şəhərdə və Sırıq kəndində təbii qaz olsa da, məktəblərə qaz verilmir. Alçabulaq və Odrağaran kəndlərinə gedən yol pis vəziyyətdədir, qaz xətti çəkilməyib və internet problemi vardır. Bu kəndlərin yol, təbii qazla və internetlə təminat məsələləri barədə müvafiq qurumlara edilən müraciətlərin yerinə yetiriləcəyinə inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31