“Gördünüz ki, hər şey sakit yolla həllini tapdı” - Deputat

Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası lazım idi. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Naxçıvandan olan deputatı Siyavuş Novruzov deyib: "İstefa lazım idi. Sonda istefa verildi. Şayiələr yayılmışdı ki, guya Naxçıvanda camaat ayağa qalxacaq. Gördünüz ki, hər şey sakit yolla həllini tapdı. Azərbaycanda kimsə kiməsə güc göstərə bilməz. Bu, mümkün deyil. Bundan sonra hadisələr sturukturun formalaşmasından asılı olacaq. Ola bilsin ki, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi  təyin olunsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31