Qonşusu məhkuma narkotik ötürmək istədi
21 Dekabr 2022 12:50 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətdən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 240.3.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Daşqın Nazim oğlu Axundzadəyə qonşusu Şirvan şəhər sakini Sübhan Əkbər oğlu Babayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının dabanında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,799 qram olan narkotik maddə - heroinin aşkar olunu. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31