100-dən çox şagird inklüziv təhsilə cəlb edilib
21 Dekabr 2022 12:51 SosialBakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib.
"OLAYLAR" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31