Bəzi qurumlar qadınların işə götürülməsində zəif addımlar atır - ÖZƏL
21 Dekabr 2022 10:37 Sosial"Prokurorluq orqanları ilə Daxili işlər orqanlarında qadınların sayı artıb. Bu sahələr adətən qadınların alt sahədə təmsil olunduğu sahələr idi. DİM-də dövlət qulluğuna imtahan verən qadınların sayı çoxdur. Bəs niyə nazirliklərdə, digər dövlət qurumlarında isə qadınların sayı bu qədər zəif artım göstərir?" "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. Bildirib ki, bunun obyektiv səbəbi ola bilməz: "DİM-də qadınlar bu sahələrdə imtahan verirsə və nəticələr toplayırsa, niyə bu qurumlar qadınların işə götürülməsində belə zəif addımlar atır? Bu qurumlarla bağlı da ciddi çağırış etmək lazımdı. Gələcəkdə də bu cür yanaşmalar təkrarlansa, bu o deməkdir ki, ölkədə aparılan siyasətlə cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan siyasətlə bir deyil".