Naxçıvana narkotik keçirmək istəyən İran vətəndaşı tutuldu - FOTO
21 Dekabr 2022 10:27 SosialNaxçıvana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Şahtaxtı" dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada keçən İran İslam Respublikası vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi "DAF" markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31