Bakı məktəblərində şagirdlərin sayı açıqlandı

Hazırda BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
"OLAYLAR" İdarəyə istinadən xəbər verir ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.  
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31