48 829 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
20 Dekabr 2022 15:31 SosialBŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-ci təqvim ilində 48 829 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Bu barədə "OLAYLAR"-a İdarədən məlumat daxil olub. Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31