"Anamın vəfatına qədər uşaq idim" - Nüşabə Ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli 7 il öncə vəfat edən anasından danışıb. 

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, "Özəl" proqramında qonaq olan sənətçi valideynini itirdikdən sonra böyüdüyünü bildirib:

"Uzun müddətdən sonra son 2-3 aydır ki, özümü yaxşı hiss edirəm. Anam dünyasını dəyişəndə 2 ilə yaxın efirə çıxmadım. Allah ölənlərə qəni-qəni rəhmət etsin. O vəfat edəndə 48 yaşındaydım, bəlli bir statusum var idi. Amma nə qədər ki, anam sağ idi, mən o yaşımı hiss etməmişdim. İllər keçsə də, bioloji olaraq yaşım çatıb amma, onun yanında elə həmin uşaq idim. Anamı itirdiyim gün böyüdüm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31